"Barselona" yarımmüdafiəçi Usman Dembelenin şəxsi həyatından və davranışlarından narazıdı. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi oyunçunun qarşısına şərt qoyub.

Belə ki, ispanlar ondan rejimə əməl etməyi və davranışlarını düzəltməyi tələb edib. Dembelenin intizamsızlığına baxmayaraq, rəhbərlik onu satmaq fikrində deyil.

Qeyd edək ki, "Sevilya" ilə son matçda Lionel Messi zədələndiyi zaman Dembele meydana girmək üçün ləng hərəkət etdiyindən, komanda 10 dəqiqə azlıqda çıxış etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest