"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilə müddətini yeniləyib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə elan edib.

Təcrübəli mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. 65 yaşlı çalışdırıcı qarşıdakı iki mövsümdə ilinə 18 milyon lirə (2,8 milyon avro) məvacib alacaq.

Türkiyə çempionu həmçinin kapitan Səlçuk İnanla da 1 illik yeni müqavilə imzalayıb. Onun maaşı isə növbəti mövsüm üçün 4 milyon lirə (622 min avro) olacaq.

Qeyd edək ki, Səlçuk İnan 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Fatih Terim isə 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest