"Səbail" - "Universitatya Krayova" görüşünü canlı yayımlayacaq kanal dəyişib. Matc.az xəbər verir ki, buna səbəb iyulun 11-də "Neftçi"nin də oynamasıdı.

"Səbail"in Bakıdakı oyunu 20:00-da "CBC Sport" telekanalı vasitəsilə yayımlanmalı idi. Lakin kanal rəhbərliyi bundan bir saat sonra "Neftçi"nin "Sperantsa" ilə başlayacaq səfər görüşünü azarkeşlərə təqdim edəcək.

Bu səbəbdən "Səbail"in rumınlarla qarşılaşması "CBC İnternational" vasitəsilə canlı yayımanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest