09 İyul 2019, 14:53
FUTBOL
"Cenoa"nın müdafiəçisi Kristian Romero "Yuventus"la anlaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 21 yaşlı futbolçu hazırda Turindədi.
Romero bu gün "qoca sinyora"da tibbi müayinədən keçəcək. Oyunçu daha sonra yeni komandası ilə uzunmüddətli müqaviləyə qol çəkəcək. Bu transferin İtaliya çempionuna 15-20 milyon avroya başa gəlməsi gözlənilir.
Romero qarşıdakı mövsümü icarə əsasında "Cenoa"da keçirə bilər.