09 İyul 2019, 17:49
FUTBOL
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Tula təmsilçisi "Rostov"un yarımmüdafiəçisi Reziuan Mirzova "elçi düşüb".
Klublar arasında artıq ilk danışıq olub. "Rostov" 26 yaşlı hücumameyilli oyunçusunu saxlamaqda fikrindədi. Ancaq bu transferdə israrlı olan "Arsenal" qarşı tərəfə 2 milyon avro təklif edib.
Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" cütünün qalibi ilə qarşılaşacaq.