Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb. Matc.az saytının məlumatına görə, o, Avropa Liqasının I təsnifat mərhələsində iş başında olacaq.

Belə ki, Həsənov Trnava "Spartak"ı ilə Bosniya və Herseqovina klubu "Radnik Bijeljina" arasında Slovakiyada keçiriləcək cavab qarşılaşmasını idarə edəcək.

İyulun 18-də baş tutacaq matçda onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest