"Di Si Yunayted"in hücumçusu Ueyn Runi Avropaya dönəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Premyer Liqaya qayıtmaq fikrində deyil.

Veteran forvard qışda "Di Si Yunayted"i tərk etməyəcək: "MLS-dəki fasilə zamanı harasa icarə əsasında getmək fikrim yoxdu. özümü klubumun növbəti mövsümdəki matçlarına kökləyəcəm. Fasilə dönəmində burda qalıb övladlarımla vaxt keçirəcəm".

Qeyd edək ki, Ueyn Runi "Di Si Yunayted"ə bu yay "Everton"dan keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest