"Benfika"nın hücumçusu Conas karyerasını başa vurub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu 35 yaşlı futbolçu özü açıqlayıb.

ölkəsi Braziliyadan Avropaya 2011-ci ildə "Valensiya" üçün yollanan Jonas 3 illik LaLiqa macərasının ardından 2014-cü ildə azad agent kimi "Benfika"ya üz tutub. O, Lissabon təmsilçisinin heyətində ümumilikdə 183 matçda 137 qol, 42 assistlə yadda qalıb. 2016-cı ildə 34 görüşdə 32 dəfə fərqlənərək, Portuqaliya çempionatının bombardiri olub. ötən il isə 30 oyunda 34 qol vuraraq, bu uğurunu təkrarlayıb.

Bundan başqa, 3 il formasını geyindiyi "Qremio" tarixində son 50 ilin ən məhsuldar 5-ci oyunçusu olan Conas 2011-2016-cı illərdə Braziliya yığmasının heyətində 12 oyunda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest