"Universitatya Krayova"nın Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə keçirəcəyi oyunların iştirak ərizəsi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Azərbaycan təmsilçisi ilə görüşlərdə baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudu.

Qapıçılar: Mirko Pilyaselli, Lorensiu Popesku, Andrey Marinesku

Müdafiəçilər: Nikuşor Banku, Stefan Akka, Florin Borça, Marius Briçaq, Tiaqo Ferreyra, Florin Qardoş, Raul Xrenyus, Renato Keliç, İvan Martiç, Ştefan Vledoyu

Yarımmüdafiəçilər: Aleks çiçaldeu, Antoni İvanov, Aleksandru Mateu, Kamer Qaka, Marian Şerban, Boqdan Veteyelu, Vasile Konstantin

Hücumçular: Aleksandru İonite, Raul Bayku, Kristian Barbus, Karlos Fortes, Valentin Mixayla, Mixay Roman, Ştefan Bayaram.

Qeyd edək ki, sabah "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü iyulun 18-də Krayovada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest