Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq "Universitatya Krayova" səfər görüşü üçün yola çıxıb. Rumıniya təmsilçisi artıq vətəni tərk edib. Belə ki, komanda Krayova-Bakı reysi ilə yola düşüb. Baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu var.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq "Universitatya Krayova" səfər görüşü üçün yola çıxıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rumıniya təmsilçisi artıq vətəni tərk edib.

Belə ki, komanda Krayova-Bakı reysi ilə yola düşüb. Baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu var. Komanda bu gün son məşqini keçəcək. Bundan əvvəl isə baş məşqçi mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, sabah "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest