"Benfika"nın yarımmüdafiəçisi Anderson Taliska çinin "Quançjou Everqrand" klubuna transfer olunub. Matç.az saytı xəbər verir ki, bunu Portuqaliya klubu rəsmən bəyan edib.

Bildirilir ki, yayda onu icarəyə götürən çinlilər parlaq çıxışını nəzərə alaraq, birdəfəlik heyətə qatmaq qərarına gəliblər. Bu keçid "Benfika"ya 19,2 milyon avro qazandırıb. 5,8 milyon avroluq icarə haqqını da nəzərə alsaq, "Quançjou Everqrand" Taliska üçün qarşı tərəfə ümumilikdə 25 milyon avro ödəyib.

Qeyd edək ki, bu mövsüm "Quançjou Everqrand"da 14 oyun keçirən Anderson Taliska 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest