"Qalatasaray" yarımmüdafiəçisi Fernando ilə yollarını ayırıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, braziliyalı orta sahə oyunçusu karyerasını İspaniyada davam etdirəcək.

Belə ki, "Sevilya" 32 yaşlı futbolçunun transferini yekunlaşdırıb. Klublar arasındakı razılığa əsasən, Türkiyə çempionu bu keçiddən 4 milyon avro gəlir əldə edəcək. "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqanın da tezliklə əks marşrut üzrə hərəkət etməsi gözlənilir.

Qeyd edək ki, Fernando "Qalatasaray"a 2017-ci ilin yayında "Mançester Siti"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest