"Növbəti raund haqda düşünmürük. Məqsədimiz "Səbail"i keçməkdi". Matc.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının futbolçusu Nikuşor Banku "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib.
 
Kapitan bildirib ki, azarkeşlər və rəhbərlik onlardan növbəti mərhələyə keçməyi gözləyir: 
 
"Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. Maykl Essyeni "çelsi"dən tanıyırıq, çox yaxşı oyunçudu. Hazırda cavan yaşlarında olmasa da, təcrübəsi var. "Səbail"in Essyendən başqa da yaxşı oyunçular var. Onlara hörmətlə yanaşırıq. Matçdan sonra fürsət düşərsə, Essyenlə şəkil çəkdirərəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest