"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
"Turan Tovuz" Türkiyə təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma tovuzluların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Turan Tovuz"un heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Ankaradakı hazırlıq prosesində indiyə qədər 3 yoxlama görüşü keçirib. Bölgə təmsilçisi ilk sınaq matçında İranın U-21 yığması ilə, növbəti qarşılaşmada isə "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib. "Turan Tovuz" üçüncü yoxlama oyununda isə Türkiyənin "Iğdır" klubunu 1:0 hesabı ilə məğlub etməyi bacarıb.













