"Genk"in və Yunanıstan millisinin hücumameyilli yarımmüdafiəçisi Konstantinos Karetsas "Borussiya" (Dortmund) klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 5 il müddətinə – 2031-ci il iyunun sonuna qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbətin 32 milyon avrodan getdiyi bildirilir.

Karetsas "Gent" akademiyasının yetirməsidir. Ötən mövsüm 18 yaşlı yunan futbolçu "Gent"in heyətində bütün turnirlərdə meydana çıxdığı 49 matçda 3 qol vurub və 18 məhsuldar ötürmə edib.

Gənc oyunçu artıq Yunanıstanın əsas milli komandasında 10 oyun keçirib və 3 qola imza atıb. Karetsas "Borussiya"da bir gün əvvəl azad agent statusu ilə "Ayaks"a keçən Yulian Brandtın əvəzləyicisi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest