03 Avqust 2026, 17:28
FUTBOL
"Nyukasl" Bruno Qimaraynsı "Arsenal"a satmayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
Bildirilir ki, klub londonluların braziliyalı yarımmüdafiəçinin transferi ilə bağlı ilk rəsmi təklifini rədd edib.
Yaxın zamanlarda "Arsenal" təklifi yaxşılaşdırmağa hazır olub-olmadığına dair qərar verəcək.
Bununla belə, "Nyukasl" Qimaraynsı komandada saxlamaq niyyətindədir.
Daha əvvəl "Arsenal"ın Qimaraynsın transferini 70+10 milyon avroya artıq razılaşdırdığı bildirilirdi. Digər məlumatlara görə isə London klubu 28 yaşlı yarımmüdafiəçi üçün 77 milyon avro və bonuslar təklif edib.













