Almaniya 2038 və ya 2042-ci il dünya çempionatına ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, almanlar üçün prioritet hədəf 2038-ci ildir. Lakin qitələrin növbələşməsi prinsipinə görə dünya çempionatına ev sahibliyi hüququnu qazanmaq çətin olacaq.
Belə ki, 2030-cu ildə turnirə digər Avropa ölkələri olan İspaniya və Portuqaliya, həmçinin Afrika təmsilçisi Mərakeş ev sahibliyi edəcək. 2034-cü ildə isə dünya çempionatı Səudiyyə Ərəbistanında baş tutacaq.
Cari ilin fevral ayında 2038-ci il dünya çempionatının Ukrayna, Polşa, Baltikyanı və Şimali Avropa ölkələrində keçirilə biləcəyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Almaniya daha əvvəl 1974 və 2006-cı illərdə dünya çempionatlarına ev sahibliyi edib. Almaniya, həmçinin AVRO-2024-ə də ev sahibliyi edib.













