"Komo" "Çelsi" ilə Trevo Çalobanın transferini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar sövdələşmə barədə şifahi razılıq əldə ediblər. "Komo" 27 yaşlı müdafiəçi üçün 30 milyon avro ödəyəcək, daha 6 milyon avronu isə "Çelsi" bonus şəklində ala bilər.

Müqavilədə həmçinin növbəti satışdan faiz də nəzərdə tutulub.

Ötən mövsüm Çaloba Premyer Liqada meydana çıxdığı 34 matçda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest