Bu gün gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə iyul ayında yüksək nəticələr əldə etmiş milli komandalar və idmançılarla görüş keçirilib.
Bu gün gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə iyul ayında yüksək nəticələr əldə etmiş milli komandalar və idmançılarla görüş keçirilib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Gürcüstanın Batumi şəhərində təşkil olunan çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasının üzvləri də görüşdə yer alıblar.
Tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov da iştirak ediblər.
Millinin futbolçusu İsa Zeynallı göstərilən etimada və dəstəyə görə gənclər və idman nazirinə, AFFA rəhbərliyinə, eləcə də Azərbaycan Çimərlik Futbolu Federasiyasına təşəkkürünü bildirib.













