Vladimir Petkoviç və onun məşqçilər heyəti 2026-cı il dünya çempionatından sonra Əlcəzair millisindən ayrılıb.

Matc.az xəbər verir ki, mundialda 62 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Afrika təmsilçisi Argentina, Avstriya və İordaniya ilə birgə yer aldığı J qrupunda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlib. Əlcəzairlilər 1/16 finalda İsveçrəyə 0:2 hesabı ilə uduzaraq çıxışlarını başa vurublar.

Petkoviç 2024-cü il fevralın 29-dan "səhra tülküləri"nə rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli komanda 33 oyun keçirib.

Turnirin startından əvvəl tərəflər 2028-ci il iyulun sonuna qədər yeni müqavilə barədə razılığa gəlmişdilər. Lakin 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra əməkdaşlığı qarşılıqlı razılıq əsasında dayandırmaq qərarına gəliblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest