İtaliyanın "Roma" klubu İngiltərənin "Fulhem" komandasının sol cinah vingeri Kevini transfer etməyə cəhd göstərib.

Matc.az xəbər verir ki, bu barədə "Ge Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubu italyanların 50 milyon avroluq təklifini rədd edib. İngilis klubu liderlərindən birini bu yay buraxmağa hazır olmadıqları üçün romalıların təklifini geri çeviriblər.

23 yaşlı braziliyalının transferi üçün "Fulhem"in yeni təkliflər alacağı istisna edilmir. A Seriyasının adı açıqlanmayan digər bir neçə klubu da Kevini aktiv şəkildə izləyir.

Xatırladaq ki, braziliyalı vinger 2025-ci ilin sentyabrından bəri "Fulhem"in heyətində çıxış edir. O, həmin vaxtdan bəri komandada 31 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Klubu ilə hazırkı müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub və daha 1 il uzadılması imkanı var. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest