"Qəbələ" və "Şamaxı" komandaları yeni mövsümün hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununda qüvvələrini sınayacaqlar.
"Qəbələ" və "Şamaxı" komandaları yeni mövsümün hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Matc.az xəbər verir ki, qarşılaşma bu gün Qəbələ şəhər stadionunda baş tutacaq və saat 18:00-da start götürəcək.
"Qəbələ"nin avqustun 8-nə qədər davam edəcək yay təlim-məşq toplanışında bu, komandanın sayca beşinci sınaq matçı olacaq. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda bundan əvvəl "Sumqayıt", "Şəfa" və "İmişli" kimi kollektivlərlə də yoldaşlıq görüşləri keçirib.
"Şamaxı" isə toplanış çərçivəsində son olaraq Qətərin "Əl-Xaritiyat" klubuna 3:0 hesabı ilə qalib gəlib, daha əvvəl isə "Kəpəz"lə qolsuz heç-heçə edib.












