04 Avqust 2026, 14:51
FUTBOL
İmişli təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İmişli təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.
Ötən mövsümü Mingəçevirin eyniadlı futbol klubunda icarə əsasında keçirən gənc oyunçu, eyni zamanda Azərbaycanın U-21 milli komandasının üzvüdür.












