Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin "Ərzurumspor" klubu ilə prinsipial razılıq əldə edib.

Matc.az xəbər verir ki, ABŞ-nin "Kolambus Kryu" klubunda kifayət qədər oyun şansı qazanmayan 22 yaşlı futbolçu Superliqa təmsilçisinə 1 illik icarəyə verilib.

Klublar arasında razılıq tamamlansa da, oyunçunun meneceri şəxsi müqavilənin bəzi detalları üzərində danışıqların hələ davam etdiyini bildirib.

Yaxın günlərdə Ərzuruma yollanacaq gənc forvard tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Nəriman artıq sosial şəbəkə hesabı vasitəsilə yeni komandasının azarkeşlərinə mesaj yollayaraq onlarla görüşmək üçün səbirsizləndiyini ifadə edib.

Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 gənclər yığmalarının da şərəfini qorumuş gənc forvard, 2023-cü ildən etibarən əsas milli komandaya dəvət alır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest