"Kəpəz" yay "transfer pəncərəsi"ndə heyətini yeni legionerlə gücləndirib.

"Kəpəz" yay "transfer pəncərəsi"ndə heyətini yeni legionerlə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmən həll edib.

Hücumameyilli mövqedə çıxış edən 28 yaşlı futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Gəncəlilərin yeni transferinin son iş yeri ölkəsinin "Zimbru" klubu olub.

Viktor Stina həmçinin Moldova milli komandasının da uğurları üçün çalışıb və yığma forması ilə meydana çıxdığı 30 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest