Böyük Britaniyanın "The Independent" onlayn nəşri 2026-cı ilin "Qızıl top" mükafatını qazanmağa əsas namizədlərin reytinq siyahısını tərtib edib.
Matc.az xəbər verir ki, siyahıda birinci yeri "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri tutub.
Qeyd edək ki, "Qızıl top"un hazırkı sahibi PSJ-nin və Fransa millisinin vingeri Usman Dembeledir.
"Qızıl top"a iddialı olan ilk 10 futbolçunun siyahısı aşağıdakı kimidir:
1. Rodri ("Mançester Siti", İspaniya)
2. Harri Keyn ("Bayer", İngiltərə)
3. Lamin Yamal ("Barselona", İspaniya)
4. Kilian Mbappe ("Real" Madrid, Fransa)
5. Lionel Messi ("İnter Mayami", Argentina)
6. Usman Dembele (PSJ, Fransa)
7. Erlinq Haland ("Mançester Siti", Norvegiya)
8. Cud Bellinqem ("Real" Madrid, İngiltərə)
9. Maykl Olise ("Bayer", Fransa)
10. Vinisius Junior ("Real" Madrid, Braziliya)











