Misli Premyer Liqasında çıxış edən klubların yay "transfer pəncərəsi" dövründəki aktivliyi, heyətlərində etdikləri dəyişikliklər və daxili müqavilələrin yenilənmə sayı məlum olub.

Matc.az xəbər verir ki, hesabat dövründə heyətində ən çox dəyişiklik edən komanda "Şamaxı" klubu olub.

Bölgə təmsilçisi yay toplanışı müddətində 16 gələn, 19 gedən və 2 müqavilə yenilənməsi ilə ümumilikdə 37 futbolçu əməliyyatına imza atıb.

"Araz-Naxçıvan" kollektivi isə 11 yeni transfer, 13 gediş və 8 daxili müqavilə artırılması (ümumi 32 dəyişiklik) ilə növbəti aktiv klub olub.

Əksinə, heyət sabitliyini ən çox qoruyan komandalar isə cəmi 7 əməliyyatla kifayətlənən "Turan Tovuz" (3 gələn, 4 gedən, 1 müqavilə artırma) və "Sumqayıt" (2 gələn, 5 gedən) olub.

Avqustun ilk günlərinə olan rəsmi statistika əsasında klubların gələn, gedən və müqavilə müddətini uzadan oyunçular üzrə tam göstəriciləri aşağıdakı kimidir:

"Şamaxı": 16 gələn, 19 gedən, 2 müqavilə artıran
"Araz-Naxçıvan": 11 gələn, 13 gedən, 8 müqavilə artıran
"Şəfa": 10 gələn, 14 gedən, 4 müqavilə artıran
"Zirə": 7 gələn, 9 gedən, 6 müqavilə artıran
"Sabah": 7 gələn, 8 gedən, 5 müqavilə artıran
"Qarabağ": 8 gələn, 9 gedən, 2 müqavilə artıran
"İmişli": 7 gələn, 12 gedən, 3 müqavilə artıran
"Kəpəz": 6 gələn, 9 gedən, 3 müqavilə artıran
"Qəbələ": 6 gələn, 9 gedən, 1 müqavilə artıran
"Neftçi": 5 gələn, 6 gedən, 4 müqavilə artıran
"Turan Tovuz": 3 gələn, 4 gedən, 1 müqavilə artıran
"Sumqayıt": 2 gələn, 5 gedən, 0 müqavilə artıran

Xatırladaq ki, iyunun 19-da start götürən rəsmi transfer dövrü sentyabrın 10-dək davam edəcək və bu müddətdə heyətlərin daha da dəyişəcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest