Misir millisinin ulduz hücumçusu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunun oyunçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Klubda keçidin baş tutduğunu təsdiqləyiblər. Müqavilə 2 il müddətinə – 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Salahın illik maaşının 17 milyon avro təşkil edəcəyi bildirilir. 34 yaşlı misirli "Trabzonspor"a azad agent statusu ilə keçəcək, çünki onun "Liverpul" ilə müqaviləsinin müddəti cari ilin iyun ayının sonunda başa çatıb.

Salah 2017-ci ildən çıxış etdiyi İngiltərə klubunda 442 matçda 257 qol vurub və 123 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest