İngiltərənin "Arsenal" və "Nyukasl" klubları braziliyalı yarımmüdafiəçi Bruno Qimaraesun London klubuna keçidi barədə razılığa gəliblər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, uzun danışıqlardan sonra "Nyukasl" ilə razılıq əldə olunub, Bruno ilə şəxsi şərtlər isə hələ iyulda razılaşdırılıb. Transfer məbləği 75 milyon funt-sterlinq (87,75 milyon avro) təşkil edir.

28 yaşlı Bruno Qimaraes İngiltərə çempionatının 2025/2026 mövsümündə 29 matça çıxıb, 9 qol vurub və 5 qolun ötürməsini verib. O, həmçinin Çempionlar Liqasında 7 oyunda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest