"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Moldovanın "Speranta" klubu ilə oyundan öncə son məşqinə çıxıb. Matc.az xəbər verir ki, "Zimbru" stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
 
Qeyd edək ki, "Speranta" – "Neftçi" matçı "Zimbru" stadionunda baş tutacaq və Bakı vaxtı ilə sabah saat 21:00-da start götürəcək. Görüş "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest