"Tottenhem" "Liverpul"un və Niderland millisinin yarımmüdafiəçisi Kodi Qakponu heyətinə qatmaqda maraqlıdır.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, London klubu niderlandlı futbolçunun ətrafı ilə bu yay baş tuta biləcək transferlə bağlı birbaşa danışıqlar aparır. Mersisayd təmsilçisi iyul ayında oyunçunun satışını qətiyyətlə rədd etsə də, hazırda sərfəli maliyyə təklifinin təzyiqi və PSJ-dən Bredli Barkolyanın mümkün transferi fonunda klubun mövqeyi dəyişə bilər.
Qeyd edək ki, Qakpo ötən yay "Liverpul"la müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. 27 yaşlı niderlandlının hazırkı transfer dəyəri 60 milyon avro qiymətləndirilir. O, ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə meydana çıxdığı 52 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.













