İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kristian Romero İspaniya "Atletiko"suna transfer olunmağa yaxındır.
Matc.az xəbər verir ki, jurnalist Nikolo Skira özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Romero ilə Madrid "Atletiko"su arasında 2030-cu ilə qədər (illik 6 milyon avro) və müddəti 2031-ci ilə qədər uzadıla bilməsi şərti ilə müqavilə bağlanması barədə prinsipial razılıq əldə olunub.
Hazırda "Atletiko" transferi rəsmiləşdirmək üçün "Tottenhem"lə danışıqlar aparır. London klubu mərkəz müdafiəçisi üçün 40-45 milyon avro tələb edir, futbolçu özü isə artıq klub rəhbərliyindən satılmasını xahiş edib.
Qeyd edək ki, 28 yaşlı Kristian Romero İngiltərə çempionatının 2025/2026-cı illər mövsümündə 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçi Çempionlar Liqasında isə 8 matçda iştirak edərək 1 qol və 2 qol ötürməsi ilə yadda qalıb.













