06 Avqust 2026, 12:40
FUTBOL
Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakov Türkiyənin "Qalatasaray" klubuna keçməyə razılıq verib.
Matc.az xəbər verir ki, türkiyəli jurnalist Ərdəm Açıkgöz özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Batrakovun transferi işində yalnız xırda detallar qalıb. Oyunçu "Qalatasaray"a "hə" deyib, hazırda menecer və klub tərəfindən irəli sürülən bəzi tələblərin daha məntiqi səviyyəyə endirilməsi üçün danışıqlar aparılır.
Qeyd edək ki, 21 yaşlı futbolçu Moskva "Lokomotiv"inin yetirməsidir və 2024-cü ildən "dəmiryolçular"ın əsas komandasında çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm "Lokomotiv"in heyətində müxtəlif turnirlərdə 36 oyunda meydana çıxıb, 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.













