"Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletlər bu gün satışa çıxıb.
"Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletlər bu gün satışa çıxıb.
Matc.az xəbər verir ki, standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Komandaların ilk oyunu isə bu gün Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.













