"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Moldovanın "Speranta" klubu sifariş vərəqəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, sözügedən komanda ilk mərhələ üçün 21 futbolçu sifariş edib.
 
Onlardan üçü qapıçı, altısı müdafiəçi, səkkizi yarımmüdafiəçi, dördü isə hücumçudu.
 
Qapıçılar: 1. Denis Makoqonenko, 34. Daniel Avdyuşkin, 99. İqor Mostovey;
 
Müdafiəçilər: 5. Mihael Bolun, 6. Bruno Barbosa, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros, 31. İon Arabaci;
 
Yarımmüdafiəçilər: 4. Dayron Mendosa, 7. Vlad Oprea, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 87. Ruslan çelari, 96. Vladimir Tityevski, 98. Alişer Mirzoyev;
 
Hücumçular: 10. İon Draqan, 20. Luis Misas, 23. İsa Yusuf, 93. Maksim Yurku.
 
Qeyd edək ki, "Neftçi" ilə "Speranta" arasında ilk oyun bu gün Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. Həmin oyuna da 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest