"Mançester Yunayted" qadınlardan ibarət komandanın baş məşqçisi vəzifəsinə Eva Olidin təyin olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 40 yaşlı Olid müqavilə müddətini daha 1 il uzatmaq imkanı ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalayıb. Olid bu postda yeni Superliqa mövsümünün başlamasına bir ay qalmış vəzifəsindən ayrılan Mark Skinneri əvəz edib.

Klubun bəyanatında Olidin təyinatı "Mançester Yunayted"in qadın komandası üçün yeni və həyəcanverici dövrün başlanğıcı" kimi qiymətləndirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest