07 Avqust 2026, 12:30
FUTBOL
İspaniyanın "Barselona" klubu yarımmüdafiəçi Rodrinin transferi ilə bağlı İngiltərənin "Mançester Siti" klubu ilə danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano özünün X sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilir ki, kataloniyalılar futbolçu üçün 45 milyon avrodan bir qədər çox ödəməyə hazırdır. "Mançester Siti" isə daha yüksək məbləğ tələb edir. Rodri özü də "Barselona"ya keçmək istəyir.
İngiltərə çempionatının ötən mövsümündə 30 yaşlı futbolçu 21 matçda meydana çıxıb və bir qolla yadda qalıb. Təcrübəli oyunçu Çempionlar Liqasında da 5 oyun keçirib.













