"Mançester Siti"nin qapıçısı Ceyms Trafford "Lids"in oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. Transfer məbləği rəsmən açıqlanmasa da, söhbət 45 milyon funt-sterlinqdən gedir.
Bu rəqəm Traffordu "Lids" tarixinin ən baha transferi, eləcə də futbol tarixinin ən baha ingilis qapıçısı edib. Bu rekord daha əvvəl 2017-ci ildə "Everton"un 30 milyon funt-sterlinq ödəyərək heyətinə qatdığı Cordan Pikforda məxsus idi.
Müqavilə şərtlərinə əsasən, "Mançester Siti" 45 milyon funt-sterlinqlə yanaşı, qapıçının növbəti satışından da 20 faiz pay alacaq. "Şəhərlilər" ötən il Traffordu "Börnli"dən 27 milyon funt-sterlinqə transfer etmişdi.
Ötən mövsüm 23 yaşlı qolkiper bütün turnirlərdə ümumilikdə 17 matçda iştirak edib.













