07 Avqust 2026, 20:24
FUTBOL
Yaponiya millisinin müdafiəçisi Takehiro Tomiyasu "Kristal Pelas"ın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilənin müddəti açıqlanmır. Tomiyasu sınaq müddətini uğurla başa vurduqdan sonra "Kristal Pelas"a azad agent statusu ilə keçib.
27 yaşlı yaponiyalının əvvəlki klubu ötən mövsümün ikinci yarısını keçirdiyi "Ayaks" olub. O, iyulun 1-də Amsterdam təmsilçisini tərk edib.
Yapon müdafiəçi daha çox London "Arsenal"ı və İtaliya "Bolonya"sındakı çıxışları ilə tanınır. Futbolçu, həmçinin "Avispa Fukuoka" və "Sent-Trüden"in də şərəfini qoruyub.
O, Yaponiya millisinin heyətində keçirdiyi 46 oyunda 1 qol vurub.













