07 Avqust 2026, 21:26
FUTBOL
"Lion"un yarımmüdafiəçisi Orel Manqala icarə əsasında "Hetafe"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, La Liqa təmsilçisi 28 yaşlı belçikalı futbolçunu 2026/2027 mövsümünün sonuna qədər icarəyə götürüb. Müqavilədə birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.
Yarımmüdafiəçinin "Lion"la müqavilə müddəti 30 iyun 2028-ci ilə qədərdir. Orel 2025/2026 mövsümündə Liqa 1-də cəmi 9 matçda iştirak edib.













