Ukrayna çempionatında XIII tura start verilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Luqanskda "Zarya"nın qonağı olub.

Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətində meydana çıxan Pavel görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, 13 oyunda 26 xal toplayan "Aleksandriya" turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest