İtaliyanın "Komo" klubunun tanınmış ispaniyalı hücumçusu Alvaro Morata karyerasını MLS-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Söhbət "Atlanta Yunayted" klubundan gedir. Daha əvvəl bu klub "Napoli"dən Romelu Lukakunu transfer etməyə çalışsa da, belçikalı hücumçu seçimini "Fənərbaxça"nın xeyrinə edib.
Bu uğursuzluqdan sonra Amerika klubu diqqətini Morataya yönəldib. 33 yaşlı ispan forvard, komandanın baş məşqçisi Sesk Fabreqas onun heyətin məhsuldar və mühüm bir hissəsi olacağına zəmanət verəcəyi təqdirdə "Komo"da qalmağa hazırdır.
Ötən mövsüm Moratanın bütün turnirlərdə meydana çıxdığı 26 oyunda cəmi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalması bu mövzuda şübhələr yaradır. İspaniyalı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və onun transfer dəyəri 6 milyon avro qiymətləndirilir.













