PSJ "Aston Villa"dan Lüka Dinin transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı fransalı müdafiəçi paytaxt təmsilçisi ilə 2029-cu ilə qədər nəzərdə tutulan rəsmi müqavilə imzalayıb.

PSJ-nin təcrübəli futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini aktivləşdirdiyi və bu keçid üçün 10 milyon avrodan bir qədər az vəsait ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Din daha əvvəl, 2013-2016-cı illərdə də PSJ-nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest