Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

İngiltərəli 27 yaşlı müdafiəçisi "Komo"ya keçib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

London təmsilçisi "Çelsi" bu keçid qarşılığında 30 milyon avro təzminat əldə edəcək. Müqavilədə əlavə olaraq 6 milyon avro bonus da nəzərdə tutulub.

Çaloba gələcəkdə başqa kluba satılacağı təqdirdə, transfer məbləğinin müəyyən bir hissəsi də London klubuna köçürüləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest