"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik hücumçu Markus Reşfordun komandanın Dublindəki təlim-məşq toplanışına qoşulacağını bildirib.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.
Bildirilir ki, mütəxəssis çıxışında "Mən onunla birlikdə oynamışam. Onun debüt etdiyi matçda meydanda olmuşam, ona görə də ortaq bir tariximiz var. Bu həftə Dublində tam heyətlə bir araya gələcəyik. Ora birbaşa uçuruq və bütün komandanın yenidən birlikdə olacağı bir neçə gün keçirəcəyik. Markus bu komandanın bir hissəsidir" ifadələrini işlədib.
Qeyd edək ki, 28 yaşlı Reşford ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Reşford "Mançester Yunayted" forması ilə 426 oyunda meydana çıxıb, 138 qol vurub və 60 məhsuldar ötürmə edib.













