10 Avqust 2026, 10:16
FUTBOL
Azərbaycan milli komandasının üzvü Toral Bayramov "Bursaspor"un heyətində rəsmi matçda debüt edib.
Azərbaycan milli komandasının üzvü Toral Bayramov "Bursaspor"un heyətində rəsmi matçda debüt edib.
Matc.az xəbər verir ki, Bayramovun komandası Türkiyə I Liqasının ilk turunda "Bodrumspor"un qonağı olub.
"Bursaspor" gərgin keçən səfər görüşündə 2:0 hesablı inamlı qələbə qazanıb. Qalib komandanın qollarına Keleçi İhenaço və Linkoln Henrike imza atıblar.
Millimizin futbolçusu Toral Bayramov isə qarşılaşmanın ikinci hissəsində meydana daxil olaraq yeni klubunda ilk rəsmi oyununu keçirib.













