"Barselona" rəsmi saytında klubun əfsanələri bölməsinə hazırda MLS-də "Çikaqo Fayr"ın şərəfini qoruyan sabiq hücumçusu Robert Levandovskini əlavə edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Levandovski Kataloniya klubunun tarixində ən əhəmiyyətli iz qoyan futbolçuların siyahısına daxil edilib. Bu bölmədə həmçinin Lionel Messi, Xosep Qvardiola, Diyeqo Maradona, Yohan Kruiff və "Barselona" ilə dünya futbolunun digər əfsanələri yer alıb.
Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edib. Hücumçu kataloniyalıların heyətində bütün turnirlərdə ümumilikdə 193 oyunda iştirak edib, 120 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Polşalı futbolçu "Barselona"nın heyətində 3 dəfə İspaniya çempionu olub, ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb.













