10 Avqust 2026, 12:16
FUTBOL
"Əl-Əhli"nin mərkəz müdafiəçisi Roxer İbanes klubu ilə müqavilənin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, İbanes Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə şərtlərini razılaşdırıb.
Braziliya millisinin 27 yaşlı futbolçusu 2023-cü ildən "Əl-Əhli"də çıxış edir. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin iyununa qədərdir.













