Kiyev "Dinamo"sunun və Ukrayna millisinin mərkəz müdafiəçisi Taras Mixavko "Qalatasaray"ın maraq dairəsindədir.

Matc.az xəbər verir ki, bu barədə "Foto Maç" nəşri məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı ukraynalı futbolçu Əbdülkərim Bardakçıya alternativ axtaran Türkiyə klubunun transfer siyahısına düşüb.

Bir müddət əvvəl Mixavko ilə "Nottinqem Forest"in də maraqlandığı bildirilirdi. Bundan əlavə, müdafiəçi "Bornmut" və "Everton"un da diqqət mərkəzindədir.

"Dinamo"nun yetirməsi olan Mixavko əsas komandada bütün turnirlərdə ümumilikdə 89 matçda meydana çıxıb, bu oyunlarda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2030-cu ilin dekabr ayının sonuna qədərdir, transfer dəyəri isə 10 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, "Dinamo" Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest