10 Avqust 2026, 16:28
FUTBOL
"Los-Anceles Qelaksi" "Barselona"nın sabiq yarımmüdafiəçisi və kapitanı Serxi Robertonun azad agent kimi komandaya keçdiyini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, futbolçunun Kaliforniya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub və müqaviləni 2029-cu ilin yayına kimi uzatmaq variantı var.
"Barselona"nın yetirməsi olan Serxi Roberto 2006-2024-cü illərdə bu klubun sistemində yer alıb. Futbolçu kataloniyalıların əsas komandasında bütün turnirlərdə ümumilikdə 373 matçda meydana çıxıb, 19 qol vurub və 43 məhsuldar ötürmə edib.













